31 yanvar 2026
10
Keçmiş məmurun şirkətinə 5,6 milyonluq sifariş
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Ecomedi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə satınalma müqaviləsi imzalayıb.Qaynarinfo xəbər verir ki, müqavilədə sanitar gigiyena xidmətlərinin satın alınması nəzərdə tutulur. Müqavilənin maliyyə dəyəri 5 608 948,07 manat təşkil edir.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ecomedi” QSC 16 iyun 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2000 AZN-dir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov küçəsi, 1965-ci məhəllə, bina 1-də yerləşir. QSC-nin qanuni təmsilçisi Mehdixanlı Cövdət Tofqi oğludur.
"Ecomedi” QSC dezinfeksiya və təmizlik xidməti sketorunda ən çox gəlir götürən şirkətlərdən biridir.
Şirkətin rəhbəri Cövdət Mehdixanlı keçmiş məmurdur. O, vaxtilə Qaçqınlar və Məcburi Köçkünlərin İşləri Dövlət Komitəsinin şöbə müdiri və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədir Qoşqar Təhməzlinin müşaviri vəzifəsində çalışıb.
Oxşar Xəbərlər:

Əsasli Tikinti Və Təchizat İdarəsinin ikili standartı –Əvvəl qalib seçir, sonra uyğun görmür

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

ADSEA-nın Nəqliyyat və Xüsusi Texnika İdarəsindəki bu talançılığın qarşısı alınacaqmı?

ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -TƏFƏRRÜAT+VİDEO

Prezident əfv sərəncamı imzaladı – SİYAHI