31 yanvar 2026
10
Məşhur şirkət meyitləri soyuducusunda gizlədib
İranda yanvarın 8-9-da baş verən qətliamda öldürülənlərin bir qisminin meyitlərinin ölkənin ən iri iki şirkətinin soyuducusunda saxlnaıldığı üzə çıxıb.Tribuna.az xəbər verir ki, söhbət İranın ən iri süd və süd məhsulları istehsal edən “Kalleh” və “Mihan” şirkətlərindən gedir.
Çoxsaylı şahidlərin ifadəsinə görə, kütləvi qırğından sonra SEPAH və Bəsic üzvləri meyitləri sözügedən şirkətlərin soyuducusuna yerləşdirib. Onları ailələrindən gizlədirlər.
Məqsədin isə daha dəhşətli olduğu qeyd edilir. Bildirilir ki, İrandakı faktiki rejim meyitləri ABŞ hücum etdikdən sonra siyasi məqsədləri üçün istifadə etməyi planlaşdırır. Belə ki, əgər ABŞ İrana hücum edərsə, həmin meyitlərin guya, bombalanma zamanı öldürülənlərə aid olduğunu nümayiş etdirəcək.
Fərda Uğur
Oxşar Xəbərlər:




