31 yanvar 2026
10

Goranboyda DƏHŞƏT: Oğul anasını qətlə yetirdi, həyat yoldaşını yaraladı –YENİLƏNİB

   Xəbər verdiyimiz kimi, Goranboy rayonunun Faxralı kəndində ailə münaqişəsi zəminində qətl hadisəsi baş verib.
Yenimeydan.info xəbər verir ki,  məlumata görə, Faxralı kənd sakini, Vətən müharibəsi qazisi, III qrup əlil, 1987-ci il təvəllüdlü Vəliyev Emin Xaləddin oğlu yaşadığı evdə ailə münaqişəsi zamanı anası – 12 aprel 1963-cü il təvəllüdlü Əhmədova Zoya Rüstəm qızını bıçaqla bir neçə zərbə vuraraq qətlə yetirib.
Hadisə zamanı həyat yoldaşı – 29 yanvar 1995-ci il təvəllüdlü Yolçuyeva Jalə Sahib qızı da bıçaqlanaraq xəsarət alıb.
Məlumata görə, Emin Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Goranboyda baş verən qətlin bəzi təfərrüatları məlum olub.
Yenimeydan.info   APA-ya istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü E.Vəliyevin psixoloji problemlərinin olduğu bildirilir.
Məlumata əsasən, onun iki azyaşlı övladı var.
Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.