29 yanvar 2026
18
Sabiq nazirin oğluna hökm oxundu
Azərbaycanın sabiq iqtisadi əlaqələr naziri Qüdrət Quliyevin ABŞ-də yaşayan oğlu Murad Quliyevə qiyabi hökm oxunub.
Yenimeydan.info Gununsesi.info-ya istinadla bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Murad Quliyev qiyabi olaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar; eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinib.
Cinayət işində iddia olunur ki, bloger müxtəlif illərdə sosial media hesablarında Azərbaycanda “qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar” yayıb.
Oxşar Xəbərlər:

Media nümayəndələri təltif edildi -SİYAHI

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Həbsin kandarından qayıdan Quliyev necə mühüm posta gətirildi... - ŞÜBHƏLİ TƏYİNAT... ŞÜBHƏLİ "ETİMAD"...

Prezident əfv sərəncamı imzaladı – SİYAHI