27 aprel 2026
8

Sumqayıt şəhər 1 saylı xəstəxsanada acınacaqlı vəziyyət – Video

       Sumqayıt şəhər 1 nömrəli xəstəxananı su basıb.
Tribuna.az xəbər verir ki, bu barədə məlumatı xəstəxananın işçisi bildirib. Xəstəxanadakı acınacaqlı vəziyyəti videoya çəkən əməkdaş bildirib ki, birinci mərtəbəyə dolan su həftələrlə qalır.
Xəstəxana işçisi bildirib ki, kalasiyasiya suyu anti-sanitar vəziyyət yaradıb:
“Bura xəstəxana işçilərinin geyinmə otağıdır. Bütün şkaflar kanalizasiya suyunun içindədir. Nə suyu çəkirlər, nə tədbir görürlər. Artıq 1 həftədir belədir.nəmişlikdən əmələ gələn qaz onkoloji xəstəlik yaradır. Bütün əməkdaşların həyatı risk altındadır”.
Video çəkən əməkdaş bildirib ki, bu hadisə ilk dəfə deyil. Artıq iki ildir ki, bu vəziyyət təkrarlanır:
“İldə 2-3 dəfə biz bu vəziyyətə düşürük”.
Qeyd edək ki, Sumqayıt şəhər 1 nömrəli xəstəxananın baş həkimi uzun illər Mətləb Musayev olub. o, yanvar ayında tutduğu vəzifədən azad edilib.
Gülşən Rəsul
Video Oynadıcı

00:0001:33