27 aprel 2026
7
Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır
ABŞ və İran arasında müzakirələrin baş tutmaması, hər iki tərəfin hazırlığa başlaması ilə müşahidə olunur.Tribuna.az xəbər verir ki, ABŞ Dəniz Piyadaları Korpusunun 312-ci qırıcı-hücum eskadrilyasına məxsus 12 ədəd F/A-18C Hornet təyyarəsi Azor adalarındakı Lajes aviabazasından Yaxın Şərq istiqamətində uçuş həyata keçirib.
Məlumatda deyilir ki, təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinə məxsus KC-46A Pegasus yanacaq dolduran təyyarələri tərəfindən müşayiət olunub.
Bu sənada, ABŞ prezidenti Donald Tramp İrana üç gün vaxt verdiyini açıqlayıb: “İranın neft infrastrukturunun partlamasına təxminən üç gün qalıb”.
Bunun ardından isə məlum olub ki, İranla bağlı bu gün Ağ Evdəki “Oval Masa”da müzakirələr aparılacaq. “Tramp bu gün İranla bağlı “Oval Otaq”da görüş keçirəcək. Böyük ehtimalla müharibəyə davam qərarı veriləcək”.
Hərçənd İran da sakit dayanmaq fikrindən uzaqdır. Dünən SEPAH-ın Xatəmül-Ənbiya Qərargahı ABŞ-ı hədələyən bəyanat yayıb. “ABŞ-nin bölgədəki fəaliyyəti davam edərsə, İran Silahlı Qüvvələri qətiyyətli və effektiv şəkildə cavab verəcək. Amerika bu gün bölgədə piratçılıq və reketliklə məşğuldur”.
Fərda Uğur
Oxşar Xəbərlər:

Prezident Qəbələdə Babişi qarşıladı – Fotolar

Qətliamının dəhşətli detalları üzə çıxdı: Müəllim şagirdləri qorumaq üçün özünü onların üstünə atıb – Video, Foto

Leyla Əliyeva onlar üçün pianoda ifa etdi – FOTOLAR

Sayğaclar ayda bir dəfə yox, hər yükləmədə pul tutur — Razi Nurullayev araşdırma tələb etdi (FOTOLAR)
Neft və Qaz İnstitutunun satınalmalarında dövlət sənədlərini saxtalaşdıran MMC-lər qalib edilib - İLGİNC İDDİALAR...