16 aprel 2026
22
Türkiyədə daha bir məktəbə hücum təhdidi - Lisey şagirdi saxlanıldı

Türkiyənin Zonquldak şəhərində məktəbə hücum etməklə hədələyən lisey şagirdi polis tərəfindən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, Fənər Anadolu Liseyinin şagirdi B.T.A. sinif yoldaşları ilə olduğu vatsap qrupunda mesajlar yazaraq və təhdid xarakterli görüntülər paylaşaraq, Şanlıurfa Siverek və Kahramanmaraşda baş verən hadisələrə bənzər hücum həyata keçirəcəyini bildirib.
Bu paylaşımlar şagirdlər və valideynlər arasında ciddi narahatlıq yaradıb. Məlumat daxil olduqdan sonra Zonquldak Baş Prokurorluğunun göstərişi ilə polis əməkdaşları şagirdin evinə əməliyyat keçiriblər.
Axtarış zamanı onun otağında altı ədəd boş tapança patronu aşkar edilərək götürülüb. B.T.A. Uşaq Şöbə Müdirliyi tərəfindən nəzarətə alınıb.
İlkin ifadəsində şagird bildirib ki, o, daha əvvəl sinifdə fişəng atdığına görə Karaelmas Peşə və Texniki Anadolu Liseyindən xaric edilib və sonradan Fənər Anadolu Liseyinə köçürülüb. O, vatsapda yazdığı təhdid mesajlarının zarafat məqsədilə olduğunu, boş patronları isə kənddən suvenir kimi gətirdiyini deyib.
Hazırda faktla bağlı araşdırma davam edir.
Oxşar Xəbərlər:

Elxan Nəcəfov nə etmək istəyir? – Naxçıvanda vətəndaşların icbari təhsil hüququ pozulur
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər

Bakının 251 saylı orta məktəbində müəllim şagirdi döydürdü –ŞOK OLAY

Bakının 251 saylı orta məktəbində müəllim şagirdi döydürdü –ŞOK OLAY

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat