16 aprel 2026
7
LİMİT TƏLƏSİ :MİLYONLAR KİMƏ GEDİR?-FOTOFAKT
“Azərişıq” ASC ətrafında növbəti qalmaqallı iddialar gündəmə gəlib. Vətəndaşların təqdim etdiyi faktlar göstərir ki, elektrik enerjisi üzrə aylıq limit mexanizmi bəzi hallarda süni şəkildə pozulur. Rəsmi qaydalara görə 30 günlük istehlak əsasında hesablanmalı olan tariflər, təqdim edilən qəbzə əsasən deyə bilərik ki, 40 gün və daha artıq müddət üçün hesablanır. Bu isə avtomatik olaraq abonentin daha yüksək tarif pilləsinə keçməsinə və daha çox ödəniş etməsinə səbəb olur.Mediatvaz.com-un redaksiyazına Vətəndaş İlqar Əliyevin(obonent kodu:111200100600001) təqdim etdiyi qəbz də bu şübhələri gücləndirir. Belə ki,hər dəfə geçikmə olur və aşağı saatadək olan istehlak üçün nəzərdə tutulan aşağı tarifdən yararlanmalı olduğu halda, hesablamanın uzadılmış müddət üzrə aparılması nəticəsində istehlak süni şəkildə artırılıb və daha yüksək – 0.15 AZN-lik tariflər tətbiq edilib.
Bu isə artıq texniki səhv yox, sistemli yanaşma ehtimalını gündəmə gətirir.Ən ciddi sual isə budur: sayğac oxunuşlarının gecikdirilməsi təsadüfdür, yoxsa planlı mexanizmdir? Əgər doğrudan da əməkdaşlar bilərəkdən 30 gün tamam olmadan yox, daha gec – məsələn, 35-40 gün sonra göstəriciləri qeydə alırlarsa, bu halda vətəndaşın daha yüksək tarifə salınması qaçılmaz olur. Bu isə dolayısı ilə insanların cibinə yönəlmiş gizli maliyyə yüküdür. “Azərişıq” rəhbəri Vüqar Əhmədov bu iddialara aydınlıq gətirməlidir. Yerli qurumlara rəsmi yaxud da qeyri-rəsmi belə göstəriş verilibmi? Yoxsa bu, aşağı strukturların özbaşınalığıdır? Hər iki halda məsuliyyət qaçılmazdır.Bu artıq tək-tük hal kimi təqdim edilə bilməz. Əgər eyni üsul yüz minlərlə abonentə tətbiq olunursa, bu, sistemli yanaşmadan xəbər verir. Sadə hesabla, hər abonentdən cüzi görünən artıq ödəniş belə ümumilikdə milyonlarla vəsait deməkdir. Bu isə artıq texniki səhv yox, ciddi maliyyə mexanizmi şübhəsi yaradır.Burada söhbət yüzlərlə deyil, potensial olaraq milyonlarla manatlıq yükün vətəndaşların üzərinə qoyulmasından gedir.Hər iki halda nəticə dəyişmir: zərər çəkən yenə vətəndaşdır, qazanan isə sual altında olan sistem.Əgər bu proseslərdən qurumun rəhbəri Vüqar Əhmədov xəbərsizdirsə, bu, idarəetmədə ciddi boşluq və nəzarətsizlik deməkdir. Dövlət əhəmiyyətli bir qurumda baş verən belə hallar rəhbərliyin diqqətindən necə yayınır? Yox əgər bu vəziyyətdən xəbəri varsa, onda daha ağır sual ortaya çıxır: niyə qarşısı alınmır? Niyə vətəndaşların narazılığına səbəb olan, onların cibinə birbaşa təsir edən bu mexanizm dayandırılmır? Bu susqunluq artıq sadəcə səhlənkarlıq yox, məsuliyyətdən yayınma kimi qiymətləndirilir.Ən narahatedici məqam isə odur ki, yerli strukturların bu cür davranışı təkbaşına formalaşa bilməz. Bu halda əsas sual dəyişmir,bu göstərişi kim verib? Əgər mərkəzdən tapşırıq yoxdur, niyə yerli qurumlar eyni “sxem” üzrə hərəkət edir? Əgər var, niyə açıqlanmır?Bu gün cavab gözləyən məsələ sadədir: vətəndaşın haqqını kim qoruyacaq? Çünki ortada təkcə artıq yazılan kilovatlar yox, həm də itirilən inam var.
Qarşı tərəfin cavab haqqını tanıyırıq
Mediatvaz.com
Oxşar Xəbərlər:

"Azərişıq"ASC-nin sədri Vüqar Əhmədovun Xırdalan Enerji Təchizatı və Satışı İdarəsində baş verənlərdən xəbəri varmı ?-İLGİNC

“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..

201 saylı məktəbin direktoru Afaq Əliyeva haqqında daha bir ŞOK FAKT - Görün dövlət əmlakını necə talan edib... - FOTOFAKT

"Bank of Baku"da inanılmaz kredit qalmaqalı -İSTİNTAQ NƏ DEYƏCƏK?

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ