15 aprel 2026
7
Ərdoğan: Məktəbə silahlı hücumdan reytinq üçün istifadə edilməməsi vicdan borcdur
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşda məktəbə silahlı hücumla bağlı ölən müəllim və şagirdlərin ailələrinə başsağlığı verib.Yenimeydan.info xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin rəsmi sosial şəbəkə hesablarında məlumat paylaşılıb.
Ərdoğan vurğulayıb ki, hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır:
“Millət olaraq hamımızı kədərləndirən hücumdan siyasi polemika və reytinq üçün vasitə kimi istifadə edilməməsi mənəviyyat və vicdan borcdur.
Vəziyyətin həssaslığını nəzərə alaraq, cəmiyyətin bütün təbəqələrindən, xüsusən də mətbuatdan diqqətli olmağı xahiş edirəm” – Prezident bildirib.
Qey edək ki, Türkiyənin Kahramanmaraş şəhərində məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı artıb.
Oxşar Xəbərlər:

Ramiz Mehdiyevin xəyanət şəbəkəsində kimlər var? - Adlar

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!
Turan İttifaqını formalaşdırmaq tarixin diqtəsidir - İNCƏLƏMƏ...