14 aprel 2026
10
İranı Hörmüzlə hədələdi

ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens İranın Hörmüz boğazından keçən gəmiləri dayandırmaqla bağlı addımlarını kəskin tənqid edib və buna qarşı ABŞ-nin cavab tədbirlərini müdafiə edib.
“Qafqazinfo” xəbər verir ki, Vens bu barədə “Fox News”a müsahibəsində danışıb.
O bildirib ki, İranın boğazı bağlamaq cəhdləri bütün dünyaya qarşı iqtisadi terrorizm kimi qiymətləndirilməlidir.Vensin sözlərinə görə, Tehran faktiki olaraq Hörmüz boğazından keçən bütün gəmiləri təhdid edir.
Vitse-prezident əlavə edib ki, ABŞ Prezidenti Donald Trampın göstərişlərinə uyğun olaraq Vaşinqton da eyni şəkildə cavab verə bilər:
“Əgər iranlılar iqtisadi terrorizmlə məşğul olmağa çalışırlarsa, biz də heç bir İran gəmisinin çıxmaması prinsipini tətbiq edə bilərik. Bu oyunda iki nəfər oynaya bilər”.
Qeyd edək ki, ABŞ-nin İran limanlarına qarşı dəniz blokadası qərarı Pakistanda keçirilən və nəticəsiz başa çatan sülh danışıqlarından sonra qüvvəyə minib. İran tərəfi, o cümlədən, İslam İnqilabı Keşikçiləri Korpusu cavab tədbirləri görəcəyini açıqlayıb və vəziyyətin qlobal iqtisadiyyata təsirləri barədə xəbərdarlıq edib.
Oxşar Xəbərlər:

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib -YENİLƏNİR/FOTOLAR

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO