14 aprel 2026
9
Danışıqların yeni raundu keçiriləcək - Yenilənib

İran və ABŞ arasında birbaşa danışıqların yeni raundu aprelin 16-da İslamabadda keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Atlantic”in yazıçısı Araş Əzizi özünün “X” sosial media hesabında məlumat verib.
“Tehrandakı mənbə mənə dedi ki, İran və ABŞ arasında birbaşa danışıqların növbəti raundu cümə axşamı İslamabadda baş tutacaq”, - o yazıb
“Associated Press”in məlumatına görə, ABŞ və İran arasında davam edən gərginlik fonunda tərəflərin danışıqların ikinci mərhələsinə keçə biləcəyi bildirilİki ABŞ rəsmisi və məsələ ilə tanış olan digər mənbə AP-yə bildirib ki, tərəflər atəşkəsin gələn həftə başa çatmasından əvvəl razılıq əldə etmək üçün yeni birbaşa danışıqlara hazırlaşır. Məqsəd altı həftə davam edən münaqişəyə son qoymaqdır.
Məlumata görə, vasitəçi ölkələrdən birinin diplomatı artıq Tehran və Vaşinqtonun bu mərhələyə prinsipial razılıq verdiyini bildirib.
Rəsmilər danışıqların harada keçiriləcəyinin hələ müəyyənləşmədiyini qeyd ediblər. İslamabad yenidən əsas namizədlərdən biri kimi nəzərdən keçirilir. Bununla yanaşı, Cenevrə variantı da gündəmdədir.
Mənbələr görüşlərin hətta yaxın günlərdə - cümə axşamı baş tuta biləcəyini istisna etmirlər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında qarşı tərəfin əlaqə saxladığını və razılaşma əldə etmək istədiyini bildirib.
Oxşar Xəbərlər:

Prezidentlər Birgə Bəyanat imzaladılar

ABŞ-İran danışıqlarının üçüncü raundu -Uzun bir yolun başlanğıcı

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat