15 aprel 2026
12
İslamabad görüşündə qalmaqal: Əraqçı ilə SEPAH arasında nə baş verib?
Aprelin 12-də Pakistanın paytaxtı İslamabadda keçirilən ABŞ-İran danışıqları ilə bağlı yeni və maraqlı məllumat yayılıb.Tribuna.az xəbər verir ki, İran mediası həmin görüşdə Tehrandan getmiş nümayəndə heyətinin üzvləri arasında fikir ayrılığının yarandığını bildirib.
Belə ki, hökumətdəki mənbələr “Iran International” agentliyinə bildiriblər ki, İran hökumətinin danışıqlar qrupunun üzvləri arasında kəskin fikir ayrılığı onların danışıqları tərk etməsinə səbəb olub. Belə ki, İran XİN başçısı Abbas Əraqçi bəzi mövqelərində, xüsusən də “Müqavimət Cəbhəsi” və Livanın “Hizbullahı”na maliyyə və silah dəstəyinin azaldılması və ya dayandırılması ilə bağlı razılaşma əldə olunmasının vacibliyini qeyd edib. Lakin məsələdən xəbər tutan SEPAH komandanlığı və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqer Zülqədr tərəfindən kəskin reaksiya ilə qarşılanıb. “Zülqədr danışıqların gedişatı ilə bağlı dini liderə və SEPAH-ın yüksək rütbəli komandirlərinə hesabat təqdim edib. Hesabat hökumətin ən yüksək səviyyələrində qəzəbə səbəb olub. Onlar əmr veriblər ki, İslamabaddakı nümayəndə heyəti dərhal görüşü tərk edib, Tehrana geri dönsünlər”.
Fərda Uğur
Oxşar Xəbərlər:

Rasim Balayevlə vida mərasimi keçirilir — FOTOLAR

Prezident Gürcüstanın Azərbaycandakı səfirliyində – FOTOLAR

Leyla Əliyeva onlar üçün pianoda ifa etdi – FOTOLAR

Sayğaclar ayda bir dəfə yox, hər yükləmədə pul tutur — Razi Nurullayev araşdırma tələb etdi (FOTOLAR)

Prezident əfv sərəncamı imzaladı – SİYAHI