15 aprel 2026
17
ABŞ İranın dəniz ticarətini faktiki olaraq dayandırıb - Kuper
Amerika qüvvələri İranın limanlarını və sahil ərazilərini kütləvi şəkildə blokadaya alaraq onun dəniz ticarətini faktiki olaraq dayandırıb.Axar.az xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper deyib.
“İran limanlarının blokadası tam şəkildə həyata keçirilir və ABŞ Yaxın Şərqdə dəniz üstünlüyünü qoruyub saxlayır. İran iqtisadiyyatının təxminən 90%-i beynəlxalq dəniz ticarəti ilə bağlıdır. Blokada tətbiq edildikdən 36 saatdan az müddət sonra ABŞ qüvvələri İrana dəniz yolu ilə iqtisadi təchizatı tamamilə dayandırıb”.
Qeyd edək ki, bazar ertəsindən ABŞ-ın Hörmüz boğazında İran gəmilərinə qarşı blokadası qüvvəyə minib
Oxşar Xəbərlər:

İri Şəhərlərin Birləşmiş Su Təchizatı qanun pozaraq dövlət vəsaitinə qənaət edir, yoxsa…

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qanunları necə pozur? – Kütləvi yazılan cərimələrin şok SƏBƏBİ

Qadın “Saxta Bred Pitt”ə görə milyonçu ərindən və 830 000 avrosundan oldu
Türkiyə və İran ortaq məxrəcə gəlir - GƏLİŞMƏ

Prezident əfv sərəncamı imzaladı – SİYAHI