15 aprel 2026
12
İranda lokal etirazlar: İqtisadi tələblər ön planda
İranda müharibənin ilkin mərhələsi başa çatdıqdan sonra iqtisadi problemlər qabarıq şəkildə özünü göstərməyə başlayıb.Yenimeydan.info xəbər verir ki, artıq infliyasiya aylıq 72 faizlik həddi aşıb.
Bir çox zəruri ərzaq məhsullarının qıtlığı da müşahidə edilir. Dünəndən isə ölkə üzrə un və çörək çatışmazlığı da üzə çıxıb. Belə ki, iri şəhərlərdə çörəkxanaların önündə un çatımazlığı üzündən iri növbələr yaranıb. Hərçənd hökumət ölkədə un qıtlığı olmadığını bəyan edib.
Əmək haqlarının və pensiyaların verilməsində yaranan çətinliklər, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi və digər sosial və iqtisadi məsələlər də İranda böhranın olduğunu deməyə əsas verir.
Elə bu səbəbdəndir ki, atəşkəsdən bir neçə gün sonra bir neçə şəhərdə kiçik şəkildə də olsa etirazlar baş qaldırıb. Etirazçıların əsas tələbi sosial-iqtisadi problemlərin aradan qaldırılması ilə bağlıdır. Hələlik lokal şəkildə bu etirazlara rejim qüvvələri hər hansı müdaxilə etmir. Əksinə, İran hökuməti açıqlama yayıb ki, insanların təbii haqları üçün etirazlarını ciddi qəbul edir və onları müzakirə etməyə hazırdırlar.
Amma yerli ekspertlər məsələnin bu qədər bəsit olmadığını bildirirlər. Onlar deyirlər ki, müharibədən sonra İranda vəziyyət həssasdır və istənilən hadisə böyük etirazlara səbəb ola bilər. Onların sözlərinə görə, hazırda iqtisadi tələblə müşahidə olunan etirazların, siyasi mərhələyə keçməyəcəyinə də zəmanət yoxdur.
Fərda Uğur
Oxşar Xəbərlər:

Onlar ixtisas seçimində BURAXILMAYACAQ

İranda müharibə, Azərbaycanda narahatlıq: hazırlıqlı olmalıyıq

NÜVƏ MÜHARİBƏSİNİN BİR ADDIMLIĞINDA -Putinin “Rusiya olmayacaqsa, dünya niyə sağ qalmalıdır?!” məntiqi onun geri çəkilməyəcəyini deməyə əsas verir

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
“10 nəfərin saxlanacağı kamerada 20 nəfər saxlanılır…” - ETİRAZ