15 aprel 2026
13
“Pilgrim Education” fırıldaqçıları İŞ BAŞINDA - MÜRACİƏT
"Narazılığım “Pilgrim Education” şirkəti ilə bağlıdır". "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində Nəcmə Abdullayeva adlı sosial şəbəkə istifadəçisi yazır.Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Xaricdə təhsil adı ilə insanlardan yüksək məbləğdə ödəniş alırlar, lakin sonradan heç bir real xidmət göstərmirlər. Mən bu şirkətə 3000 manat ödəniş etmişəm. Üzərindən artıq 1 ildən çox vaxt keçib, amma nə sənəd işi görülüb, nə də hər hansı konkret nəticə var.
Dəfələrlə əlaqə saxlamağa çalışsam da, ya cavab verilmir, ya da məsələ müxtəlif bəhanələrlə uzadılır.
Mediada da bu şirkətlə bağlı şikayətlər yayımlanıb. Düşünürəm ki, tək deyiləm.
Xahiş edirəm, bu vəziyyətlə qarşılaşan başqa şəxslər varsa, birlikdə vəziyyəti araşdıraq və lazım gələrsə, hüquqi addım atardıq..."
Oxşar Xəbərlər:

“Pilgrim Education” adlı TƏHSİL BATAQLIĞI - bunlara nəzarət edən varmı?

Qanunsuz estetik əməliyyat edən “Dr Gülü”-nün fəaliyyəti dayandırıldı – Özü paytaxtdan qaçıb, şəriki isə gizlənir

“Pilgrim Education” şirkəti tərəfindən aldanınanlar Ölkə Prezidentindən və Mehriban xanım Əliyevadan kömək isdədilər-FOTOLAR

Abşeron-Xızı Regional Təhsil İdarəsi ilə bağlı sensasion faktlar açıqlandı

“Expressbank” saxta reklamla insanları tora salır?