16 aprel 2026
7
Qətliamının dəhşətli detalları üzə çıxdı: Müəllim şagirdləri qorumaq üçün özünü onların üstünə atıb – Video, Foto
Türkiyənin Kahramanmaraş şəhərində yerləşən Ayser Çalık orta məktəbində baş verən qanlı hücumla bağlı yeni və sarsıdıcı təfərrüatlar məlum olub.Tribuna.az xəbər verir ki, hadisə zamanı həyatını itirən 56 yaşlı riyaziyyat müəllimi Ayla Kara şagirdlərini qorumaq üçün onların üzərinə qapanaraq güllələrdən sipər olmağa çalışıb.
Məlumata görə, məktəbin 8-ci sinif şagirdi olan 16 yaşlı İsa Aras Mersinli atasına məxsus silahlarla iki sinfə silahlı hücum edib. Nəticədə 1 müəllim və 8 şagird olmaqla ümumilikdə 9 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.
Hadisə zamanı panikaya düşən bəzi şagirdlərin məktəbin pəncərələrindən tullanaraq canlarını qurtarmağa çalışdığı bildirilib. Yaralılardan 11-i xəstəxanadan buraxılıb, 9 nəfərin müalicəsi isə davam edir.
Faktla bağlı başladılan istintaq çərçivəsində hücumu törədən yeniyetmənin atası Uğur Mersinli və müəllim olan anası Peyman Pınar Mersinli saxlanılıb. Məhkəmənin qərarı ilə ata həbs olunub, ana isə sərbəst buraxılıb.
Hadisədən sonra yayılan görüntülərdə hücumçu yeniyetmənin sinifdə ingilis dili dərsi zamanı qeyri-adekvat hərəkətlər etdiyi, dəqiqələrlə lövhənin qarşısında ora-bura qaçdığı əks olunub.
Araşdırma zamanı onun WhatsApp profil şəklində 2014-cü ildə ABŞ-də silahlı hücum törədən Elliot Rodger-ə aid görüntüdən istifadə etdiyi də müəyyən edilib.
Qeyd edək ki, Türkiyə hüquq-mühafizə orqanları həm Şanlıurfa, həm də Kahramanmaraş məktəb hücumları ilə bağlı geniş əməliyyatlara başlayıb. İndiyədək 83 nəfər barəsində saxlanılma qərarı verilib, 940 sosial media hesabına giriş məhdudlaşdırılıb, 93 Telegram qrupu bağlanıb.
Nigar İxtiyarqızı











Oxşar Xəbərlər:

Rasim Balayevlə vida mərasimi keçirilir — FOTOLAR

Prezident Gürcüstanın Azərbaycandakı səfirliyində – FOTOLAR

Sabunçuda “Şəhərsalma ili”ndə qanunsuz tikinti – FOTO

Leyla Əliyeva onlar üçün pianoda ifa etdi – FOTOLAR

Sayğaclar ayda bir dəfə yox, hər yükləmədə pul tutur — Razi Nurullayev araşdırma tələb etdi (FOTOLAR)