16 aprel 2026
20
ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb

ABŞ Kubaya hücum hazırlıqlarına başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “USA Today” qəzetinə danışan mənbələr bildiriblər.
Qeyd edilib ki, ABŞ Prezidenti Donald Trampın əmri ilə Kubaya qarşı mümkün hərbi əməliyyat hazırlıqlarına başlanılıbBelə ki, ABŞ İranla atəşkəs danışıqlarını davam etdirsə də, eyni zamanda, Kubaya qarşı hazırlıqlarını səssiz şəkildə davam etdirir. Bu addımlar birbaşa Trampın göstərişi ilə atılıb. Bununla belə, həm ABŞ, həm də Kuba rəsmiləri danışıqların hələ nəticə vermədiyini qeyd edirlər.
Qeyd edək ki, Tramp daha əvvəl Ağ Evdə jurnalistlərə açıqlamasında “İranla işimizi bitirdikdən sonra Kubaya yönələcəyik” demişdi.
Kuba Prezidenti Migel Dias-Kanel isə ABŞ-nin mümkün hərbi müdaxiləsinə sərt reaksiya verəcəklərini bildirib.
Əlavə edək ki, ABŞ-nin tətbiq etdiyi sanksiyalar fonunda Kubada enerji böhranı dərinləşməkdə davam edir. Məlumata görə, milli elektrik şəbəkəsinin çökməsi nəticəsində təxminən 10 milyon insan işıqsız qalıb və bu vəziyyət gündəlik həyata ciddi təsir göstərir.
Oxşar Xəbərlər:

"YA BİR NEÇƏ HƏFTƏYƏ OLACAQ, YA DA HEÇ VAXT..." – Tramp Putini, Zelenski Trampı təriflədi, sülh isə yenə yoxdur

Vahid informasiya sistemi qurulur

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

Azərbaycanda ilk dəfə: Ən çox vergi ödəyən 100 şirkət – Siyahı + Məbləğlər

“Elektroenergetika haqqında” yeni qanun QƏBUL EDİLDİ