08 mart 2025
106
Trampın bir cümləsi bitkoin bazarını çalxaladı – qiymətlər kəskin düşdü
ABŞ prezidenti Donald Trampın kriptovalyuta sammitində bitkoinlə bağlı söylədiyi bir cümlə bazarda kəskin dalğalanmaya səbəb olub.Yenimeydan.info xəbər verir ki, Tramp çıxışı zamanı bitkoinlə bağlı fikirlərini belə ifadə edib:
“Bu gündən etibarən Amerika hər bir bitkoin sahibinə yaxşı məlum olan bir qaydaya riayət edəcək. Heç vaxt bitkoininizi satmayın. Onlar bu ifadədən istifadə edirlər. Bunun doğru olub-olmadığını bilmirəm. Axı, kim, lənətə gəlsin, bunun düzgün olub-olmadığını bilir?”
Bu açıqlamadan dərhal sonra, Reuters-in məlumatına görə, bitkoinin qiyməti 2,64% düşərək $87 111-a enib.
Trampın qeyri-müəyyən və ehtiyatlı tonu bazar iştirakçıları arasında çaşqınlıq yaradıb. İnvestorlar və treyderlər prezidentin bitkoinlə bağlı gələcək siyasətinə dair daha konkret siqnallar gözləyir.
Bu, Trampın kriptovalyuta bazarına ilk təsiri deyil. Onun administrasiyasının rəqəmsal aktivlərin tənzimlənməsi ilə bağlı yeni strategiyası investorların diqqət mərkəzindədir və gələcəkdə bazarda daha böyük dalğalanmalara səbəb ola bilər.
Oxşar Xəbərlər:

TRAMPIN QARANLIQ KEÇMİŞİ: ONU RUSİYAYA NƏ BAĞLAYIR? – Qərb mətbuatı ABŞ liderini ifşa etməyə başladı +FOTOLAR

TRAMP ABŞ “DƏRİN DÖVLƏTİ” QARŞISINDA HANSI ÖHDƏLİYİ GÖTÜRÜB? - NATO tarixə qovuşa, Avropa isə...

Tağı Əhmədovla sonuncu sensasion MÜSAHİBƏ – VİDEO
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT