07 mart 2025
107
Tiflisdə “Sona qədər” -Genişmiqyaslı mitinq keçiriləcək

Bu gün Tiflisdə etirazların başlanmasının 100-cü günü münasibəti ilə “Sona qədər” adlı genişmiqyaslı mitinq keçiriləcək.
Gürcü mediası bildirir ki, kütləvi etirazların 100-cü günündə Gürcüstan vətəndaşları Rustaveli prospektinə toplaşacaq.
“Biz bir daha işğal rejiminin getməsini tələb edəcəyik və hamıya göstərəcəyik ki, biz hakimiyyətin qəsb edilməsinə, diktaturanın qurulmasına dözməyəcəyik! Biz sona qədər mübarizə aparacağıq və ölkənin gələcəyinin oğurlanmasına imkan verməyəcəyik!”, - təşkilatçılar bəyanatında qeyd ediblər.
Mitinq saat 20:00-da başlayacaq. Mitinqin “Facebook”dakı “event”ində 1600-dən çox insan iştirakını təsdiqləyib.
Oxşar Xəbərlər:




