SÖZÜN BİTDİYİ AN… ZƏLZƏLƏDƏN SONRA MƏZARLIQDAN DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
Kahramanmaraşın Pazarcık və Elbistan rayonlarında baş verən zəlzələlərdə həyatını itirənlər üçün şəhərdə açılan məzarlıq dəhşəti bir daha gözlər önünə sərdi. Yenimeydan.info HaberGlobal-a istinadən xəbər verir ki, Zəlzələ; Kahramanmaraş, Kilis, Diyarbəkir, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya və Hatayda böyük dağıntılara səbəb olub. Zəlzələ nəticəsində dağılan binalarda axtarış-xilasetmə işləri davam edir. Bu işlərlə yanaşı, meyitləri tapılanların dəfn prosesi davam edir. İşlər çərçivəsində Kahramanmaraşdakı Kapıçam Şəhər Qəbiristanlığında yeni sahələr açılmağa başlanıb. Zəlzələdən ciddi ziyan çəkən vilayətlərdən biri olan Hatayın Antakya rayonunda “zəlzələ qəbiristanlığı” yaradılıb. Dəfn edilən məzarlar sadəcə nömrələnib. Dəfn prosesini sürətləndirmək və çaşqınlığa yol verməmək üçün məzar daşları ad əvəzinə nömrələnir.