09 fevral 2023
219
Adana və Qaziantepdəki soydaşlarımız təxliyə edilir
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.Yenimeydan.info xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
“9 fevral saat 14:00-da təxliyə avtobusu Qaziantep vilayəti avtovağzalından, saat 17:00-da isə Adana vilayəti avtovağzalından Azərbaycana yola düşəcək, - rəsmi məlumatda bildirilib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələ böyük insan tələfatı ilə nəticələnib. Hazırda minlərlə insan dağıntılar altında qalıb. Axtarılan şəxslər arasında azərbaycanlılar da var. İndiyədək bir Azərbaycan vətəndaşınını meyiti dağıntılar altından çıxarılıb.

Oxşar Xəbərlər: