“Türkiyə NATO blokunda hərbi gücünə və nüfuzuna görə ikinci dövlət sayılır. ABŞ bu hərbi-siyasi birlikdən imperatorluğunu qorumaq və inkişaf etdirmək üçün vasitə kimi istifadə edir. Bloka daxil olan dövlətlər ABŞ-ın iradəsindən kənar, dünyada gedən siyasi proseslərə müdaxilə edə bilmir”.
DİA.AZ bildirir ki, bunu Reyting.az-a Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev Türkiyənin dünyanın geosiyasi proseslərində rolundan danışarkən deyib.
A. Məsiyev iddia edir ki, Türkiyə NATO-da ABŞ-ın iradəsindən kənarda olan yeganə dövlətdir: “Bunu bir neçə faktla əsaslandırmaq yerinə düşərdi. Yaxın keçmişimizə nəzər salaq, Suriya hadisələrində Türkiyə öz milli və dövlət maraqlarına uyğun davrandı, Rusiya ilə ikitərəfli iqtisadi, hərbi, siyasi münasibətlərini tam müstəqil həyata keçirir, ABŞ-ın açıq təzyiqlərinə, şantajlarına baxmayaraq bu münasibəti inkişaf etdirməkdədir. Rusiya-Ukraya münaqişəsində ABŞ-ın və Qərbin iradəsinə tabe olmadı, Rusiyaya düşmən mövqe nümayiş etdirmədi, ən azından bu münaqişədə tərəfsizliyi ilə seçildi. Daha doğrusu, ABŞ-ın əlində alətə çevrilmədi”.
Siyasi şərhçinin sözlərinə görə, İsveç və Finlandiyanın NATO blokuna daxil olması üçün Türkiyənin prinsipial mövqeyi onu deməyə əsas verir ki, Şimal Alyansında tam müstəqil dövlət Türkiyədir: “Eyni zamanda Rusiya-Ukrayna münaqişəsi zamanı Türkiyə prezidenti Ərdoğan BMT-nin edə bilmədiyini Türk dövləti adına etdi və dünyanı qismən də olsa, açlıqdan qurtardı. Prezident Ərdoğanın Rusiya-Ukrayna münaqişəsinin dayandırlması üçün göstərdiyi səylər də onun siyasi lider olaraq dünyada, geosiyasi proseslərdə öndə olmasından xəbər verir”.
A. Məsiyev xatırladıb ki, türklərin “Yurdda sülh-Cahanda sülh” fəlsəfəsi var, bu, dünya siyasi arenasında Türkiyənin brendidir: “Fikir verin, xristian dünyasının mərkəzində, iki xiristian dövlət - Rusiya və Ukraynanın hərbi münaqişəsini alovlandıran, qızışdıran xiristian mənşəli Avropa dövlətlərindən fərqli olaraq, müsəlman türk xalqı adına prezident Ərdoğan bu münaqişənin dayandırılması üçün müstəsna fəaliyyət göstərməkdədir. O, müntəzəm olaraq hər iki dövlət başçısı ilə təmas qurur və münaqişənin sülh yolu ilə həllinə hesablanmış addımlar atır”.
Müsahibimiz qeyd edib ki, Rusiya və Ukrayna dövlət başçılarının Türkiyə prezidentinə etimadları böyükdür. Ona görə ki, Ərdoğan sözünün və imzasının sahibi olan dövlət başçısıdır.
Siyasi şərhçi xatırladıb ki, Ərdoğanın təşəbbüsü ilə ötən il Türkiyədə Rusiya və Ukranyna nümayəndələrinin görüşü olub: “Görüşdə uğurlu məqamlar da var idi, təəssüflər olsun ki, münaqişəni alovlandıran ABŞ və Qərbin pozucu fəaliyyəti nəticəsində danışıqlar dayandırıldı. Buna baxmayaraq Türkiyə prezidenti nəcib sülh siyasətini, barış üçün bəlli humanitar fəaliyyətini davam etdirməkdədir. Prezident Ərdoğanın bu davranışı həm də onun dini inancına bağlı olan bir məsələdir - İslam dini sülhsevər, qardaşlıq dinidir”.
Türkiyə və türkdilli dövlətlərin yeni dünya düzənində yeri və fəaliyyətinə gəldikdə, A. Məsiyev xatırladıb ki, dünyanın müxtəlif bölgələrində təxminən 300 milyona yaxın türk soyundan olan insan yaşayır: “Bu insanlar dünyanın 34 dövlətində məskunlaşıb. Müstəqil dövlət quruluşuna malik olan, BMT tərəfindən tanınan 6 türkdilli dövlət var, bunlar - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandır, ərazi baxımdan 5 miyon kvadrat klometr sahəyə malikdirlər, bu ərazidə təxminən 200 milyondan çox insan yaşayır”.
Siyasi şərhçi əlavə edib ki, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri bir millət-bir ittifaq halına gətirmək, Turan İttifaqını formalaşdırmaq tarixin diqtəsidir: “Turan İttifaqının yaradılmasında lokamativ dövlət kimi Türkiyənin imkanları daha genişdir. Türkiyə dünya siyasətində türk dövlətlərinin mənafeyinə hər zaman dəstək verib və bu sahədə siyasətini davam etdirməkdədir. Turan İttifaqının formalaşması üçün əsas şərtlər kimi TDT arasında mənəvi, iqtisadi və siyasi inteqrasiyanın əldə olunması zəruridir. Turan İttifaqının yaradılması nəticəsində bəşəriyyət yeni güc mərkəzinin formalaşmasını görəcək, bu güc nəinki regionda, o cümlədən dünyada sülhün təminatçısına çevrilə bilər. Türan İttifaqının yaranması ilə dünyada yeni sivilizasiyanın təməli qoyula bilər, bu TURAN SİVİLİZASİYASI olacaq”.
A. Məsiyev düşünür ki, hazırda Avropa sivilizasiyası bəşəriyyət üçün təhlükə yaratmaqdadır, Avropa dövlətləri Rusiya-Ukrayna münaqişəsini dayandırmaq əvəzinə, daha da qızışdırıcı mövqe tutmaqla dünyanı nüvə müharibəsinə sürükləyir. “Turan Sivilizasiyası isə "Yurdda sülh-Cahanda sülh” fəlsəfəsi ilə bəşəriyyətə əminamanlıq gətirə bilər. Rusiya-Ukrayna münaqişəsindən asılı olmayaraq, dünya siyasi nizamı yenidən format olunacaq, yəni dünyada kəskin qutbləşmə prosesi başlayacaq”,- A. Məsiyev əlavə edib.
Bəs bu yeni dünya düzənində TDT-nin yeri və mövqeyi necə olacaq?
Müsahibimizin fikrincə, Türk xalqlarının gələcək taleyinin formalaşdırılması bilavasitə Türan İttifaqına bağlı məsələdir. Yəni dünya siyasətində gücün qanunu xüsusi önəm daşıyır, bu baxımdan TDT-nin siyasi, iqtisadi, mənəvi birliyi Turan İttifaqının yaradılması ilə nəticələnə bilər. Bu ittifaqın yaradılması isə bəşəriyyətə əminamanlığı bir o qədər tez gətirər.
Bu il Türkiyədə seçki keçiriləcək. Görəsən, Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsi Türk dünyasına nə verə bilər?
A. Məsiyev bu suala cavabında deyib ki, Türkiyə demokratik dövlətdir, hətta demokratiya şkalasına görə Avropa dövlətlərindən irəlidə gedir. Onun sözlərinə görə, Türkiyə dövləti xalqın iradəsi ilə formalaşıb, bir sözlə, Türkiyədə həmişə xalq hakimiyyəti olub.
Ərdoğanın simasında Türkiyənin dünyanın ictimai-siyasi proseslərində rolunun danılmaz olduğunu bildirən siyasi şərhçi əlavə edib ki, Ərdoğanın yenidən prezident seçilməsi tək Türkiyənin mənafeyinə deyil, bütün Türk dünyasının, bəşəriyyətin mənafeyinə xidmət edə |