18 yanvar 2023
308

NYT: “ABŞ İsraildəki arsenallarından Ukraynaya silah göndərəcək”


ABŞ Ukrayna ordusunu artilleriya mərmiləri ilə təmin etmək üçün İsraildəki sursat arsenalından istifadə edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Birləşmiş Ştatlar İsraildə əhəmiyyətli miqdarda sursat ehtiyatı saxlayır. Onlar Yaxın Şərqdə əməliyyatlar zamanı ABŞ ordusu tərəfindən istifadə üçün nəzərdə tutulub. Bu arsenal İsrail tərəfindən fövqəladə hallarda da istifadə edilə bilər.
İsraildə arsenaldan olan mərmilərdən istifadə qərarı ABŞ və Avropa ölkələrində sursat istehsalının qeyri-kafi səviyyədə olması ilə bağlıdır. Qəzetin yazdığına görə, Ukrayna silahlı qüvvələri ayda təxminən 90 min artilleriya mərmisindən istifadə edir ki, bu da hazırda Qərbdəki hərbi zavodlarda istehsal olunandan iki dəfə çoxdur. Bu arada ABŞ Ukraynaya 155 mm-dən çox mərmi tədarük edəcəyinə söz verib. Onlardan 300 mini İsraildəki arsenaldan təmin olunacaq. Pentaqon həmçinin Cənubi Koreyadakı sursat anbarlarından Ukraynaya silah tədarük etməyi planlaşdırır.
İsrail Rusiyanın İsrailin Suriyadakı İran qüvvələrinə və Hizbullah qruplaşmasına qarşı hava zərbələri endirməsinə mane ola biləcəyindən ehtiyat edərək, Ukraynaya silah embarqosu qoyub. Mərmilərin tədarükü İsrail rəhbərliyi ilə razılaşdırılaraq həyata keçirilir. İsrail nümayəndələrinin fikrincə, ABŞ-ın öz sursatından öz mülahizəsinə uyğun istifadə etmək tələbi haqlıdır.
Xəbərin Rusiyanın İrana ən yeni “Su-35” qırıcılarını satmaqla bağlı informasiyaların təsdiqlənməsindən sonra çıxması diqqət çəkib