"2026-cı ilə qədər təxminən 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır".
Yenimeydan.info xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov "Peşə təhsilverəni: Yeni çağırışlar və perspektivlər" mövzusunda konfransda çıxışı zamanı deyib.
"Bu tədris ilində peşə təhsili müəssisələrinə 25 minə yaxın tələbə qəbul edilmişdir ki, bu da son 10 ilin ən yüksək göstəricisidir. Əhatəliliklə bağlı hədəf davam edir və 2026-cı ilə qədər təxminən 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır.
Əhatəliliyin artırılması üçün bir çox şərtlər mövcuddur və bu şərtlərdən ən vacibi siyasi iradədir. Bu istiqamətdə ölkə başçısının peşə təhsilinin inkişafı ilə bağlı konkret hədəfləri mövcuddur. Bu hədəflər çərçivəsində peşə təhsilinin infrastrukturunun müasirləşdirilməsi və təkmilləşdirilməsi mühüm yer tutur", - o bildirib.
24 yanvar 2025
120
Gələn il 28 min tələbənin peşə təhsili müəssisələrinə cəlb edilməsi planlaşdırılır
Oxşar Xəbərlər:

Bu məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam
Dövlət zəmanəti ilə alınmış borclar: pulu kim ödəyəcək? - ARAŞDIRMA

Ceyhun Abbasovun təsisçisi olduğu şirkət narkotikdən daha betər təhlükəlidir - "BİZ ON" dan necə xilas ola bilərik

Üz "QARALDAN PEŞƏ" Direktoru…

Gövhər Həsən-zadə:”Tarixən müəllifliyi mübahisəli olan musiqilər və əsərlər müzakirə mövzusu olub”