11 iyul 2024
93

Zelenski əlavə 500 milyon dollarlıq hərbi yardımı ala bildi

Kanada hakimiyyəti Kiyevə əlavə 500 milyon Kanada dolları (367 milyon ABŞ dolları) hərbi yardım verəcək.

Yenimeydan.info  xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Yardım Kanadanın baş naziri Castin Trüdo ilə Ukrayna prezidenti Volodimir Zelenski arasında Vaşinqtonda NATO sammiti çərçivəsində keçirilən ikitərəfli görüşdən sonra açıqlanıb.

Bu paket Kanadanın Ukraynaya vəd etdiyi və ya artıq verdiyi 4 milyard dollarlıq hərbi yardıma əlavə olunacaq. Maliyyələşdirmənin böyük hissəsi NATO-nun təşəbbüsü ilə yönəldiləcək və bu təşəbbüslə Ukrayna 40 milyard avro yardım alacaq.

Eyni zamanda, Kanada Qərb hərbi təyyarələrini idarə etməyi öyrənən ukraynalı pilotlar üçün təlim proqramını genişləndirəcəyini açıqlayıb.