01 fevral 2026
5

MMA döyüşçümüz UFC-dəki növbəti görüşündə məğlub oldu-VİDEO

    Azərbaycanın MMA döyüşçüsü Rafael Fiziyev Mütləq Döyüş Çempionatındakı (UFC) növbəti görüşündə məğlub olub.  Yenimeydan.info-nun məlumatına görə, 32 yaşlı idmançı Avstraliyanın Sidney şəhərində keçirilən UFC 325 turnirində braziliyalı Maurisio Ruffi ilə üz-üzə gəlib.

Cənubi amerikalı döyüşçü ikinci raundda nokautla qələbə qazanıb.

Qeyd edək ki, UFC-də 13 qalibiyyəti olan Fiziyev beşinci məğlubiyyətini alıb.