12 iyul 2023
290
Ukrayna NATO-ya üzv ola biləcəkmi? – Zelenski və Stoltenberqdən mühüm açıqlama
NATO-nun Sammiti çərçivəsində Litvanın paytaxtı Vilnüsdə olan Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşüb.Zelenski və Stoltenberq görüşdən sonra mətbuata açıqlama verilib.
“Ukraynanın NATO üzvlüyünə hər zamankindən daha yaxın olduğunu” ifadə edən Stoltenberq Vilnüsdə qəbul edilən qərarların NATO-Ukrayna münasibətlərində yeni başlanğıc olacağını bildirib.
Müttəfiqlərin bu gündən etibarən Ukraynaya uzunmüddətli təhlükəsizlik dəstəyi verməyə qərar verdiyini bildirən Stoltenberq atılacaq addımları sıralayıb.
Stoltenberq açıqlamasında aşağıdakı ifadələrdən istifadə edib:
“Mən Zelenski ilə müttəfiq kimi görüşəcəyimiz günü səbirsizliklə gözləyirəm. Müharibə bitdikdən sonra biz Ukraynanın təhlükəsizliyi üçün mühüm tədbirləri təmin etməliyik”.
Birgə bəyanatla çıxış edən Zelenski deyib:
“Bu gün biz NATO-dan təhlükəsizlik zəmanəti almaq istərdik. Müdafiə yardım paketləri ilə bağlı yaxşı, çox müsbət xəbərlərimiz var. Sammitin nəticələri yaxşıdır, lakin NATO-ya üzv olmaq üçün dəvət ideal olardı. Ukraynanın müharibə şəraitində NATO-ya üzv ola bilməməsi başadüşüləndir”.
Oxşar Xəbərlər:

Prezident əfv sərəncamı imzaladı – SİYAHI
Bakı gömrüyündə sahibkarın başına NECƏ OYUN AÇDILAR... - Prezidentə müraciət olundu

DİM-dən buraxılış imtahanında iştirak edəcək şagirdlərə MÜRACİƏT

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat

KREML TƏCAVÜZÜNDƏN QURTULMAĞIN YEGANƏ YOLU NATO ÜZVLÜYÜDÜR… RUSİYA XALQINI NECƏ ALDADIR?