06 fevral 2024
65

Senatorlar Bakıya qarşı ŞANTAJA keçdi – Hüquq müdafiəçisi ifşa etdi

     “Amerikalı senatorlar yeni qətnamə layihəsi hazırlayıblar. Yenə də Azərbaycana böhtan atılıb və çağırış edilir ki, erməniləri guya qovmuşuq, bizi cəzalandırmaq lazımdır. Məncə, Amerika prokurorluq orqanları həmin senatorları araşdırıb cəzalandıra bilər. Çünki onların erməni lobbisindən pul alması şübhə yaratmır”.
Bu fikirləri hüquq müdafiəçisi, “Müstəqil Həmkarlar” İctimai Birliyi həmsədri Xəzər Teyyublu deyib. Onun fikrincə, bu qətnamələr zibil qutusuna atılmağa layiqdir: “Vaşinqton münasibətlərə zərər gətirən rüşvətxor senatorların əməllərini təftiş edə bilər. Bu adamlar bir klubdur və erməni lobbisinə xidmət edir. Qarabağda erməni əhalisi yaşaya bilərdi, özləri istəmədi və xoşluqla getdilər. Buna görə Azərbaycan ittiham edilə bilməz. Bizə sanksiyalar tətbiqinə çağırış olunur, amma senatorların sözü keçərli ola bilməz. Ona görə ki antiterror əməliyyatı dinc insan ölümünə səbəb olmayıb, əhaliyə hücum edilməyib, bir yaşayış məntəqəsinə raket düşməyib. Sadəcə, siyasi şantajdır və buna cavab verilməlidir”.