08 oktyabr 2023
466

 Naxçıvanda sürücülərin tətili ilə bağlı DİN-dən AÇIQLAMA "...normal iş rejimi bərpa olunub"

Naxçıvanda sürücülərin tətili ilə bağlı DİN-dən AÇIQLAMA
DİA.AZ: - Az əvvəl DİA.AZ olaraq məlumat verərək bildirmişdik ki, Naxçıvanda şəhərdaxili avtobus marşurutlarında işləyən avtobus sürücüləri oktyabrın 5-dən tətilə başlayıblar. Lakin, polis onların bir neçəsini tutub aparıb, digərlərinə hədə-qorxu gəldiyindən, tətil cəmi bir gün çəkib. Tətilə səbəb isə, onlara qoyulan günlük planın iki dəfə, yəni 40 manatdan 80-ə qaldırılması olub. Naxçıvan Dövlət Nəqliyyat Xidməti onlarla yeni şərtlərlə müqavilə bağlamağı təklif edib.

DİA.AZ bildirir ki, bu haqda Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi xüsusi açıqlama ilə çıxış edib.

Naxçıvan Muxtar Respublikası DİN Mətbuat Xidmətindən dia.az saytının sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 5-də şəhərdaxili sərnişin daşımanı yerinə yetirən bir neçə avtobus sürücüləri qısa müddətdə fəaliyyətlərini dayandırmış, polis əməkdaşları onlarla izahedici söhbət apardıqdan sonra normal iş rejimi bərpa olunmuşdur.