25 iyul 2023
214
Sabiq deputat vətənə xəyanətdə ittiham olunur
Yenimeydan.info “AzPolitika.info”ya istinadən xəbər verir ki, Ukrayna mətbuatında dərc edilən məlumatlara görə, Murayevə qarşı vətənə xəyanət maddəsi ilə cinayət işi açılıb. Belə ki, onun yaratdığı və başçılıq etdiyi partiya, eləcə də sahibi olduğu “Naş” kanalı Rusiyanın xeyrinə, Ukrayna dövlətinin və dövlətçiliyinin əleyhinə fəaliyyətlə məşğul olub.
Eləcə də Murayevin Rusiya işğalı öncəsi Rusiya xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq etdiyi bildirilir.
Qeyd edək ki, müharibənin başlamasından qısa müddət sonra Ukrayna hüquq-mühafizə orqanları Murayevin evində və ofisində axtarışlar aparıb və onun Rusiya işğalçıları ilə əməkdaşlığına dair faktlar aşkarlayıb.
Lakin sabiq deputat Kiyev vilayətinin bir hissəsi işğal altında olan günlərdə Rusiya xüsusi xidmət orqanlarının köməyi ilə paytaxtı tərk edə və Rusiyaya qaça bilib.
Oxşar Xəbərlər:
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Türkiyə niyə İbadoğlunu "sifariş etdi"? – Sensasion detallar
Sumı sakinləri artıq “ölüm zonasını” tərk edirlər - Düşmən gülləsi altında yaşam

Prezident əfv sərəncamı imzaladı – SİYAHI

Gənc qızın şok əməlləri: “Ərin başqa qadın yanına getməsin deyə…” – Təfərrüat
