09 fevral 2023
105

“Barselona”nın sabiq futbolçusu öldü

İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Markos Alonso Pena uzun sürən xəstəlikdən sonra vəfat edib.
Yenimeydan.info xəbər verir ki, məlumatı "Barselona"nın Tvitter səhifəsi paylaşıb.
Keçmiş yarımmüdafiəçinin 64 yaşında dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, Markos Alonso Pena hazırda "Barselona"da çıxış edən Markos Alonso Mendosanın atasıdır. O, 1982 - 1987-ci illərdə Kataloniya komandasının formasını geyinib.