29 aprel 2026
12

Tanınmış müğənni qonşusundan gileyləndi - "...şübhə edir"


"Bizim blokda kim evində təmir etsə, kim mebel quraşdırsa, alt qonşu avtomatik gəlib bizdən şikayət edir. Deyir səs sizdən gəlir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış sənət adamı Nura Suri qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Dəfələrlə izah etmişik ki, bizdən deyil, xeyri yoxdur. Köməkçim hətta onu evə dəvət edib ki, gəlib öz gözləri ilə baxsın. Gəlib görüb ki, bizdə sakitlikdir, yenə də şübhə edir. 

Bayırda tufan qopur, yağış yağır, pəncərəsindən evinə su damır, yenə gəlir ki, sizdən bizə su axır. Gəlib baxır, öz gözləri ilə görür ki, bizdə hər yer qurudur. Deyirəm bayırda küləkli yağışdır, pəncərənin arasından su keçir, yenə inanmır gedir. Halbuki ildə bir dəfə pəncərələrinin rezinlərini dəyişsə, problemi olmaz.

Məni düşündürən başqa şeydir. İnsan niyə hər dəfə nəsə olan kimi avtomatik bizi “problem mənbəyi” seçir? Məqsədi həqiqəti anlamaq olsaydı, indiyə qədər çoxdan anlayardı. Amma görünən odur ki, burada məsələ problemi həll etmək yox, sadəcə hər dəfə bir günahkar tapmaqdır..."