28 aprel 2026
7

İranın məhkəmə sisteminin rəisi əmr verdi: - Ələ keçirin, etdiklərinin bədəlini ödəyəcəklər



“Düşmənlə əməkdaşlıq edənlər təcavüzkarla əməkdaşlığın bədəlini ödəməli, əmlakları müsadirə olunmalıdır”.
Teleqraf xəbər verir ki, bunun İranın məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei deyib.
Məhkəmə orqanlarına müraciət edən sistem rəhbəri bildirib: “Qanunun icazə verdiyi və tələb etdiyi həddə qədər düşmənin daxili və xarici tərəfdaşlarının əmlakını müsadirə edin”.
Mohseni-Ejei xaricdə yaşayan iranlılarla bağlı duruma da diqqət çəkib:
“Əgər xaricdə yaşayan iranlılar ölkələri hücuma məruz qaldığı üçün vətənlərinə qayıtmaq istəyirlərsə, biz onları qarşılamalıyıq. Əlbəttə, bu onların fəaliyyətlərindən asılıdır, hamısının qarşısına qırmızı xalça sərməyəcəyik”.