28 aprel 2026
5

Ərdəbildə Azərbaycan Bayrağı qaldırıldı

     İranda Azərbaycan Bayrağı qaldırmaq uzun illərdir nəinki qadağan edilib, hətta buna görə, cinayət işlərinin açılması halları da olub.
Tribuna.az xəbər verir ki, rəsmi Tehran başqa ölkələrdən fərqli olaraq, Azərbaycan Bayrağının qaldırılmasına “separatçıllıq” kimi yanaşıb.
Lakin son müharibədən sonra İran tarixində bir ilk yaşanıb. Belə ki, Ərdəbildə hakimiyyət xeyrinə keçirilən dəstək aksiyasında Azərbaycan Bayrağı qaldırılıb.
Azərbaycanı mütəmadi olaraq tənqid edən və təxribatla məşğul olan “Səhər” kanalı isə bu hadisəni “Azərbaycanın müsəlman xalqı ilə qəhrəman İran xalqının həmrəyliyi” adlandırıb.
Fərda Uğur