28 aprel 2026
5
Yüksək bal toplayan müəllimlər direktor ola biləcək
“Bu il direktorların işə qəbul imtahanında olan əsas dəyişiklik namizədlərin yüksək bal toplayan müəllimlər arasından seçilməsidir”.Yenimeydan.info xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirdiyi brifinqdə bildirib.
“Direktorların və direktor müavinlərinin işə qəbulunda əsas dəyişiklik namizədlərin təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanında topladığı balın əsas meyarlardan biri kimi nəzərə alınmasıdır. Sertifikatlaşdırmada iştirak etməmiş namizədlər üçün isə müəllimlərin işə qəbulu müsabiqəsinin və ya müəllimlərin diaqnostik qiymətləndirilməsinin test imtahanı nəticələri əsas götürüləcək”.
Oxşar Xəbərlər:

KARYERA BOŞLUQLARI,SÜRƏTLİ YÜKSƏLİŞ VƏ CAVABSIZ SUALLAR

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Emin Əmrullayev və Elnur Əliyev MÜTDA rəhbərini binaya buraxmır… Eşqi Bağırov yola salınır?

DİM: XİN-ə işə qəbul 4 bacarıq üzrə qiymətləndirilmə ilə aparılacaq
“Direktorların təyinatı məsələsinə yenidən baxılmalıdır” - ÇAĞIRIŞ