29 aprel 2026
11

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

      Rusiya ordusuna 2026-cı ildə təxminən 20 minə yaxın xarici vətəndaşın cəlb olunması planlaşdırılır.
Yenimeydan.info   “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinə bağlı mənbələr məlumat yayıb.
Nazirlikdən bildirilib ki, Rusiya xüsusilə miqrantlar arasında hərbi xidmətə cəlbetmə fəaliyyətini gücləndirib. Məlumata görə, ölkənin bütün federal dairələrində 18-60 yaş arası xarici kişilərin sayının müəyyənləşdirilməsi üçün yoxlamalar aparılıb. Eyni zamanda qeyd olunur ki, Rusiya hərbi komissarlıqlarına konkret planlar təqdim olunub. Bu planlara əsasən, hər regionda yaşayan xarici əhalinin 0,5%-dən 3,5%-nə qədər hissəsinin orduya cəlb edilməsi hədəflənir. Ümumilikdə isə 2026-cı ildə azı 18 500 xarici vətəndaşın hərbi xidmətə cəlb olunması nəzərdə tutulur.