28 aprel 2026
15

Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyran Səxavətin 80 illiyinə həsr olunmuş tədbir keçirilib

 



28 aprel 2026-cı il tarixində Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Seyran Səxavətin 80 illik yubileyi ilə əlaqədar ənənəvi kitab sərgisinin təqdimatı olub.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları salamlayıb, Seyran Səxavətin yaradıcılığı haqqında məlumat verib, onun əsərlərinin geniş oxucu auditoriyası qazandığını söyləyərək Seyran Səxavətin həm də gənclər tərəfindən rəğbətlə qarşılanan şeirlər müəllifi olduğunu bildirib, bədii publisistika və bədii tərcümə sahəsində də xidmətlərinin oxucuların yaddaşında dərin izlər buraxdığını diqqətə çatdırıb.

“Bizimyol.info” saytının təsisçisi, “Bizim Yol” qəzetinin baş redaktoru, yazıçı, publisist, jurnalist Bahəddin Həzi Seyran Səxavətin çoxşaxəli fəaliyyəti haqqında danışıb, onu ədəbiyyatımızın layiqli nümayəndələrindən, dil təfəkkürümüzün fövqündə dayanan yazıçılardan biri olduğunu diqqətə çatdırıb.

Jurnalist Pərvanə İsgəndərova çıxış edərək Seyran Səxavəti yubileyi münasibətilə təbrik edib, ona can sağlığı və yaradıcılıq uğurları arzulayıb.

Tədbirin sonunda Seyran Səxavət şeirlərini səsləndirib.

Sərgidə şairin şeirləri, romanları, povestləri, müxtəlif hekayələri, pyesləri, tərcümələri, ön söz yazdığı, redaktor olduğu kitablar, həmçinin həyat və yaradıcılığını əks etdirən Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunub.

Sonda görüş iştirakçıları sərgi ilə tanış olublar və xatirə şəkili çəkdiriblər.