29 aprel 2026
12
“4-cü sinif şagirdi nəvəmi məktəbin ayaqyolunda döyüb” - Foto

Gəncə şəhərində 20 nömrəli tam orta məktəbin ikinci sinif şagirdi M.N. digər məktəbli tərəfindən döyülüb.
Bu iddia ilə “Qafqazinfo”ya həmin məktəblinin nənəsi müraciət edib.
O bildirib ki, nəvəsinə məktəbin sanitar qovşağında şiddət göstərilib: “Bununla artıq neçənci dəfədir ki, 2-ci sinifdə oxuyan nəvəm məktəbdə döyülür. 4-cü sinif şagirdi olan qız nəvəmi ayaqyolunda döyərək xəsarət yetirib. Uşağın ayaqları əzilib, dizləri göyərib. Bu, ilk dəfə deyil, daha əvvəl də həmin uşaq nəvəmi döyüb. Dəfələrlə məktəb rəhbərliyinə bildirsək də, həmin uşaqla bağlı heç bir tədbir görülmür”.
Problemlə bağlı Gəncə şəhəri M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbinə ünvanladığımız sorğuya belə cavab aldıq: “Qeyd olunan məsələ ilə əlaqədar məktəbdə müvafiq araşdırma aparılıb. Araşdırma nəticəsində müəyyən edilib ki, hadisə aprelin 27-si tənəffüs zamanı məktəbin həyətində şagirdlərin bir-birini ehtiyatsızlıqdan itələməsi nəticəsində baş verib. Bununla yanaşı qeyd edirik ki, şagirdlərlə məktəbin psixoloqunun iştirakı ilə fərdi söhbətlər aparılıb, eləcə də məktəblilərin valideynlərinə mövcud vəziyyət ətraflı izah olunub. Qeyd edirik ki, şagirdlərin sağlamlığı və təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır”.
Gəncə şəhərində yerləşən orta məktəblərin birində şagirdin digər şagird tərəfindən döyülməsi iddiası ilə bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
Gülnar Əliyeva


Oxşar Xəbərlər:

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Salyanda 43 yaşlı kişi məktəbli qızı qaçırdı: “Anası oğlunun evə daim qız gətirdiyini dedi” – TƏFƏRRÜAT

Bakının 251 saylı orta məktəbində müəllim şagirdi döydürdü –ŞOK OLAY

Bakının 251 saylı orta məktəbində müəllim şagirdi döydürdü –ŞOK OLAY

Prezident əfv sərəncamı imzaladı – SİYAHI