28 aprel 2026
6

Graffiti çəkənlərə həbs, restorana icazə? – Nizami Kino Mərkəzi ilə bağlı ikiüzlü yanaşma

      Həm tarixi abidə, həm də müasir incəsənət nümunəsi hesab edilən Nizami Kino Mərkəzinin eyvanında restoran fəaliyyətə başlayıb.
Tribuna.az xəbər verir ki, bu barədə məlumatı tanınmış memar Elçin Əliyev paylaşıb. O bildirib ki, bu qanunsuzdur:
“Mədəniyyətə maraqlı yanaşma: dövlət tərəfindən qorunan memarlıq abidəsi, “Nizami” kinoteatrının eyvanında qanunsuz restoran açdılar və sonra adını “Mədəniyyət” qoydular.
Reallığımızın ikiüzlülüyünün heç bir həddi yoxdur!”.
Qeyd edək ki, aprel ayının 3-də ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin binasının divarlarında yeniyetmələr tərəfindən graffiti çəkilmiş, bu hal vandalizm kimi dəyərləndirilərək gənclər həbs edilmişdi.
Nigar İxtiyarqızı