04 fevral 2023
293
Vasif Talıbovun HAKİM QOHUMU..
Biz bir media olaraq illərdir ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin dözülməz vəziyyətdə olması ilə bağlı silsilə yazılar dərc edirik. Və möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının məhkəməni nəzərdə tutaraq “Bura ƏDALƏT SARAYI olmalıdır” fikrini də nümunə gətiririk. Amma min təəssüf ki, Azərbaycanda bir çox hakimlər bu ƏDALƏT SARAYINI bərbad günə qoyublar. Hətta Milli Məclisin tribunasından millət vəkilləri “Azərbaycanda məhkəmə-hüquq sistemi fəlakətli vəziyyətdədir” deyiblər.
İndi özünüz təsəvvür edin ki, vəziyyət hansı həddə çatıb ki, deputatlar belə kəskin, sərt ifadələr işlədirlər. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə son 10 ildə bir çox sahələrdə ciddi islahatlar həyata keçirilib. Amma məhkəmə-hüquq sistemi bu islahatlardan kənarda qalıb. Bütün məhkəmə instansiyalarında vətəndaşların hüquqları kobud şəkildə pozulur, özbaşınalıq, qanunsuzluq, rüşvət son həddə çatıb. Əgər ölkə mediasını 2-3 gün izləsəniz məhkəmə-hüquq sistemi ilə bağlı onlarla tənqidi materiala rast gələrsiniz.
Məlumdur ki, 2019-cu il aprelin 3-də Prezident İlham Əliyev məhkəmə-hüquq sistemindəki neqativ vəziyyətin aradan qaldırılması, islahatların aparılması üçün Fərman imzalayıb. Fərmanın birinci bəndində göstərilir: Azərbaycan Respublikasının bütün məhkəmələrinin sədrlərinə və hakimlərinə tövsiyə edilsin ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmlənməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər…
Ancaq bu FƏRMANA baxmayaraq məhkəmə-hüquq sistemindəki dözülməz vəziyyət daha da ağırlaşıb. Və məhkəmə-hüquq sistemində rüşvət, korrupsiya halları daha da kəskinləşib.
Təsəvvür edirsiniz, son illərdə 500-dən artıq hakim barəsində intizam icraatına başlanıb. Bu təsəvvür olunmaz dərəcədə dəhşətli haldır. Nəzərə alsaq ki, hakimlər heç də hər xırda əmələ görə cəza almırlar, gərək, Məhkəmə Hüquq Şurasına, ölkə rəhbərliyinə onlar barəsində çoxsaylı şikayətlər getsin, hakimlərin törətdikləri qanunsuzluqlar ictimailəşsin və s. Digər vacib məqam isə odur ki, bəzi məhkəmə hakimlərinin qərarları Azərbaycan dövlətinin imicinə zərbə vurur. Belə ki, bu gün Avropa hüquq məkanından Avropa İnsan Haqları Məhkəməsinə ən çox şikayət ünvanlanan iki ölkədən biri Azərbaycandır.
Hər il Avropa Məhkəməsinə yüzlərlə şikayət gedir və nəticədə bəzi rüşvətxor məhkəmə hakimlərinə görə, Azərbaycan dövləti milyonlarla cərimə ödəməli olur. Yəni söhbət təkcə dövlətimizin imicinə vurulan zərbədən getmir, həm də milyonlarla cərimə ödəyirik. Beləcə, Azərbaycanda aparılan islahatlara kölgə düşür, dövlətin imici ləkələnir, ölkəmiz beynəlxalq hesabatlarda dünyada qanunun aliliyinin olmadığı respublikaları ilə bir sıraya qoyulur. Bu da Azərbaycanı xarici sərmayələrdən, genişlənən əməkdaşlıq imkanlarından məhrum edir.
Sözümüzün canı odur ki, məhkəmə-hüquq sistemində təcili ciddi islahatlara başlanılmalıdır. Bəli, məhkəmə-hüquq sistemimizə kölgə salan hakimlərdən biri də Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevdir. Vəli Abdullayev 1968-ci ildə anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1994 – 1995-ci illərdə Sədərək Rayon Polis Şöbəsində müstəntiq, sahə müvəkkili, 1995 – 2000-ci illərdə Şərur Rayon Ədliyyə Polis Qrupunun böyük inspektoru, 2000 – 2003-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi, 2003 – 2008-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət və inzibati xətalara dair işlər üzrə Apelyasiya Kollegiyasının sədri, 2008 – 2009-cu illərdə Gəncə Apelyasiya Məhkəməsinin hakimi, 2009 – 2021-ci illərdə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin sədri olub. 2021 -ci ildən isə Şirvan Apellyasiya Məhkəməsinin sədridir.
Bu adam üçün ədalət, qanun-filan deyilən dəyər yoxdur, ancaq imkanlı və imkansız söhbəti var. Və Vəli Abdullayev ancaq imkanlı şəxslərin sözü ilə qərar qəbul edir. Vəli Abdullayev fəaliyyətindən bircə misal gətirməklə onun əməlinə qiymət vermək olar. Belə ki, Vəli Abdullayev qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin daşınmasında təqsirləndirilən şəxs barəsində BƏRAƏT qərarı verib. Görəsən, Məhkəmə-Hüquq Şurası bunları görmür..? Görə bilər, axı Vəli Abdullayev Vasif Talıbovun ən yaxın adamlarından hesab olunurdu.
Növbəti yazıda Vəli Abdullayevin 11 il cəzaya məhkum olunmuş şəxsi ehtiyatsızlıq səbəbi ilə azadlığa buraxmasından bəhs edəcəyik. Bizi izləyin. //gundelik-baku.com//
Oxşar Xəbərlər: