18 fevral 2026
9
“Balakhani Oil Company”dən növbəti özbaşınalıq… Cərimələnə bilər
“Balakhani Oil Company” şirkəti ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.Yenimeydan.info Tribuna.az-a istinadən xəbər verir ki, sözügedən şirkət İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə, fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
“Balakhani Oil Company” ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. 25 fevral tarixində hakim Orxan Məmmədlinin sədrliyi ilə işə baxılacaq.
Qeyd edək ki, “Balakhanı Operating Company” şirkətini uzun illərdir Sabunçu rayonundan olan vətəndaşlarla da məhkəmə çəkişməsindədir. Şirkət uzun müddətdir ki, bir qrup sakinin yaşadığı ərazinin bolaşdılmasını tələb edir.
Narazılıq yaradan bu şirkətin fəaliyyətini millət vəkili Razi Nurullayev də dəfələrlə çıxışlarında sərt tənqid edib. Deputat çıxışı zamanı bildirmişdi ki, bu şirkət dövlətə deyil, ancaq öz cibinə xidmət edir. R.Nurullayev şirkəti xalqın sərvətini oğurlamaqda ittiham edərək bu sözləri bildirmişdi:
“Bu şirkətlər dövlətə ziyan vurur, oğurluq işlərlə məşğuldurlar, müxtəlif maxinasiyalar edirlər. Onlara bu səlahiyyətləri kim verib?. Dövlətin qanunlarını pozur bu şirkət”.
Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan “Balakhani Operating Company LTD”nin qanuni təmsilçisi Rövşən Cəlil oğlu Rzayevdir.
Məsələ ilə bağlı Tribuna.az “Balakhani Operating Company LTD” ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, sorğulara cavab verilməyib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Gülşən Rəsul
Oxşar Xəbərlər:

Sayğaclar ayda bir dəfə yox, hər yükləmədə pul tutur — Razi Nurullayev araşdırma tələb etdi (FOTOLAR)

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

“Xaliq Faiqoğlu” qanunvericiliyin tələblərini pozdu, cərimələndi
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI