18 fevral 2026
10
Anar Əliyev Qobustanda vətəndaşları qəbul edəcək
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev fevralın 27-də Qobustan rayonunda Qobustan və Şamaxı rayonlarının sakinlərini qəbul edəcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb
Bildirilib ki, qəbulda vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar fevralın 18-20-də Nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya "142" Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Oxşar Xəbərlər:

Şamaxı Xəstəxanasının direktoru Natiq Əliyevin arxasında kim durur –Vüqar Qurbanov, Teymur Musayev, yoxsa…

Şamaxı Xəstəxanası kimin mülküdü, Natiq Əliyevin atasının, yoxsa TƏBİB-in? –Vüqar Qurbanov cavab versin

Rusiyada azərbaycanlılara qarşı gizli “Qara Siyahı” –Sənədlər ortaya çıxdı
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI