18 fevral 2026
11
ADA Universitetinin bir qrup tələbəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub
18 fevral 2026-cı il tarixində ADA Universitetinin “Hüquq” fakültəsinin bir qrup II kurs tələbəsi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüblər.
Görüş zamanı tələbələrə Təşkilat haqqında ətraflı məlumat verən polkovnik Cəlil Xəlilov, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı şəkildə, vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyinə toxunub, gəncləri ölkənin ictimai-mədəni həyatında aktiv iştirak etməyə, dövlətçilik maraqlarımızı media və sosial mediada fəal müdafiə etməyə səsləyib.
Təşkilat sədri qeyd edib ki, 44 günlük Vətən müharibəsində 8 Noyabr zəfərinin əldə edilməsinə böyük töhfə verən ölkə gəncliyi, bu gün bütün platformalarda milli maraqlarımızın müdafiəsində dayanmalı, Prezident İlham Əliyevin hər bir çağırışına çevik şəkildə cavab verməli, Müzəffər Ali Baş Komandanın daxili və xarici siyasətini dəstəkləməlidir.
Daha sonra tələləbələr Təşkilatın muzeyini ziyarət edib, hərb tariximiz haqqında maraqlı məlumatlar əldə ediblər.
Oxşar Xəbərlər:




