18 fevral 2026
7
Bu ərazidə 4200-dən artıq mənzil söküləcək
Bakının "Sovetski" adlanan ərazisində söküntü və yenidənqurma işləri davam edir. Ərazidə ilin sonuna kimi 4200-dən artıq mənzil söküləcək.
Yenimeydan.info xəbər verir ki, mövzu ilə bağlı Milli.az-a açıqlama verən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bu günə qədər 1880 mənzil sahibi ilə razılaşma əldə edilib.
"Onlardan 1570 ailə artıq köçürülüb. Təxmini 600-ə qədər mənzil tamamilə 850-yə yaxın mənzil isə qismən sökülüb. İstismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan fərdi yaşayaış evləri, çoxmənzilli yaşayış binaları sökülür. Ərazidə bəzi binaların tarixi olduğunu sübut olunduqdan sonra Mədəniyyət Nazirliyinin tabeliyinə veriləcək. Həmin binalarda artırmalar söküldükdən sonra restavrasiya işləri bitəcək və sakinlər əvvəlki kimi yaşayacaq. Digər abidələr də qorunub saxlanılacaq. Ərazidə sökülən evlərin yerinə parklar salınacaq", - o qeyd edib.
Oxşar Xəbərlər:

ELdə yeni NURçuluq: Elnur Baimov və Elnur Abdullayevin qurduğu qaranlıq media şəbəkəsi

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...

Əmlak Məsələləri Dövlət Xidməti işinin ÖHDƏSİNDƏN GƏLMİRSƏ
Ədalət Həsənov səhiyyə sistemini ƏYLƏNCƏYƏ ÇEVİRİB... - FAKT BUDUR!

Prezident əfv sərəncamı imzaladı – SİYAHI