18 fevral 2026
11

Ramiz Mehdiyevin evindən tapılan 17 milyonla bağlı AÇIQLAMA

“Qanunsuz yolla əldə edilmiş vəsaitlər varsa və ya bu vəsaitlərin mənbəyi bəlli olmursa, ona yönəlik də məhkəmənin qərarı olur”.
Yenimeydan.info xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ramiz Mehdiyevin evindən tapılan 17 000 000 manatın hara xərclənəcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, məhkəmənin qərarı olmadan bu vəsaitlərin hansısa formada xərclənməsi hüquq prinsiplərinə uyğun gəlməz: “Mütləq prosesdə pulun mənbəyi sübut olunmalıdır ki, bu, qeyri-qanuni qazanılmış, yığılmış sərvətdir… Qanunsuz yolla əldə edilmiş sərvət də dövlət büdcəsinə köçürülür. Büdcədən isə ümumi təyinatlar üçün xərclənilir. Yoxsa 17 milyon götürülüb, bölgü aparıb xərcləmək dövlət sistemində belə xərclər məqbul sayılmır. Ancaq büdcə vəsaitləri bölüşdürülərkən dövlət xeyrinə olan vəsait kimi orada yerləşir. Buradan da ümumi qaydada bütün müvafiq sahələri əhatə edən vəsait kimi xərclənir”.