17 fevral 2026
10

Tramp: “Sülh Şurası” bəzi hallarda BMT ilə qarşılıqlı fəaliyyət göstərəcək

   “Sülh Şurası” bəzi hallarda BMT ilə qarşılıqlı fəaliyyət göstərəcək.
Yenimeydan.info  xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Mən düşünürəm ki, onlar bizə müəyyən qədər kömək edə bilərlər. Dünyanın ən böyük liderləri “Sülh Şurasına” qoşulur və biz bəzi hallarda BMT ilə birgə fəaliyyət göstərəcəyik”, – o əlavə edib.
Lakin Tramp iki qurum arasında əməkdaşlığın hansı məsələlər üzrə planlaşdırıldığını dəqiqləşdirməyib.
Sənan Məmmədli