16 fevral 2026
10

Baş redaktor ilə bağlı qərar verildi

    Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat zamanı saxlanılan baş redaktor Vüqar Məmmədovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.
Yenimeydan.info  xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd edək ki, Vüqar Məmmədov ötən ilin oktyabrın 29-da DTX-nin “Hürriyyət” qəzeti və “Hürriyyət TV”də keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Məhkəmənin qərarı ilə Vüqar Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il 9 fevralda həbs müddəti daha 3 ay uzadılıb.
Sənan Məmmədli