16 fevral 2026
12
Abşeronda tikinti xaosu: Masazırda qanunsuz binalar iddiası –məsuliyyət kimdədir?/VİDEO

Son illər Xırdalan, Masazır və Binəqədi ərazilərində aparılan tikinti işləri sakinlərin ciddi narazılığına səbəb olub. Artıq məhəllələrin içərisində 5 və 9 mərtəbəli binaların inşa edilməsi adi hala çevrilib. Halbuki həmin ərazilər fərdi yaşayış evləri üçün nəzərdə tutulmuş zonalardır.
Sakinlərin iddiasına görə, bəzi tikililər müvafiq icazə sənədləri olmadan və ya şəhərsalma normalarına zidd şəkildə ucaldılır. Xüsusilə Masazır qəsəbəsi, Şıxəli Qurbanov küçəsi 233 ünvanında inşa edilən çoxmərtəbəli bina ətrafında ciddi suallar var. Məhəllə tipli yaşayış zonasında belə hündür tikilinin peyda olması nə yol infrastrukturu, nə kommunikasiya xətləri, nə də təhlükəsizlik baxımından əsaslandırılmış görünür.
Sakinlər bildirirlər ki, ərazidə nə avtomobil saxlamaq üçün yer var, nə də fövqəladə hallarda xüsusi texnikanın rahat hərəkəti üçün şərait. Uşaqların oynadığı həyətlər daralır, gün işığı kəsilir, mövcud kanalizasiya və su xətləri isə artıq yüklənməyə tab gətirmir.
Ən narahatedici məqam isə budur ki, bu iddialar fonunda Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hər hansı açıq və qətiyyətli mövqe sərgiləndiyi müşahidə olunmur. Qanunsuz tikinti iddiaları varsa, bu məsələyə niyə operativ reaksiya verilmir? Yox əgər tikinti qanunidirsə, ictimaiyyətə açıq şəkildə sənədlər təqdim olunmalıdır.
Şəhərsalma qaydalarının pozulması təkcə estetik məsələ deyil. Bu, sabah baş verə biləcək faciələrin bünövrəsidir. Seysmik zonada yerləşən ölkəmizdə normativlərə uyğun olmayan tikililər insan həyatı üçün birbaşa risk deməkdir.
Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarını araşdırma aparmağa, ictimaiyyətə aydın və şəffaf məlumat verməyə çağırırıq. Əks halda Abşeron ərazisində xaotik və nəzarətsiz tikinti prosesi gələcəkdə daha böyük sosial və hüquqi problemlərə yol aça bilər.
Sual açıq qalır: Masazırda və digər ərazilərdə ucalan bu çoxmərtəbəli binaların arxasında kim dayanır və niyə qanunların icrasına nəzarət edilmir?
YeniGundem Media
Oxşar Xəbərlər:

Vidadi Zeynalovun milyonluq əmlakları satışa çıxarılır - Siyahı

Ölkə başçısı 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edir, Xətai də qanunsuz tikililər davam… -FOTOLAR

BAKI OĞRUSU: Zülfəli İsmayılov paytaxtımızı BELƏ XIRID EDİR... -MALƏSƏF, BU FAKTDIR...
“Bravo”dakı cinayətin GİZLİ DETALLARI - Fala baxdırıb basqın etdilər
Qanunsuz tikilmiş evlərin taleyi necə olacaq? - AKTUAL