16 fevral 2026
11

Pələng insana hücum etdi – bir nəfər həyatını itirdi


Rusiyanın Primorsk vilayətində pələngin insana hücumu faciə ilə nəticələnib. Hadisə nəticəsində zərərçəkən şəxs həyatını itirib.
Yenimeydan.info bildirir ki, bu barədə Telegram-da yayımlanan Amur Mash kanalı məlumat yayıb.
Məlumata görə, insident Çuquyev rayonunda baş verib. Kişi cüt dırnaqlı heyvanlar üçün nəzərdə tutulmuş yemləmə sahəsinə qida apararkən vəhşi heyvanın hücumuna məruz qalıb. Hazırda hadisə yerində istintaqçılar və ov mütəxəssisləri çalışır. Pələngin tutulması istiqamətində tədbirlər görülür.
Xatırladaq ki, fevralın 8-də pələngin Xabarovsk vilayətinin Blagodatnoye kəndində göründüyü və müşahidə kamerasına düşdüyü bildirilmişdi.
Ötən ilin dekabr ayında isə Xabarovsk vilayətinin kəndlərindən birində pələngin avtomobil yolunda gəzdiyi müşahidə olunmuşdu. Sakinlər heyvanın artıq üç gündür ərazidə dolaşdığını və itlərə hücum etdiyini bildirərək narahatlıqlarını ifadə etmişdilər.
Mütəxəssislər qeyd edirlər ki, pələnglər bəzən xəsarət aldıqları və ya sərt şaxtalar zamanı, qar örtüyü qalınlaşdıqda ov tapmaq çətinləşdiyi üçün yaşayış məntəqələrinə yaxınlaşa bilirlər. Belə hallarda onlar daha asan şikar sayılan ev heyvanlarına, xüsusilə itlərə hücum edə bilirlər.