13 fevral 2026
8
Məşhur polkovnik işdən çıxarıldı - Yerinə “Qarabağ” ordenli hərbçi gətirildi
Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi dəyişib.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, polkovnik Əzizağa Qənizadə muzeyin rəisi vəzifəsindən azad olunub. Keçmiş briqada komandiri olan Ə.Qənizadə 2014-cü il sentyabrından bu postda çalışırdı.
Müdafiə nazirinin digər əmri ilə “Qarabağ” ordeni polkovnik Elşad Pənahov Hərb Tarixi Muzeyinin rəisi təyin edilib.
Uzun illərdir orduda xidmət edən E.Pənahov bundan əvvəl Hərbi Hava Qüvvələrinin Şəxsi heyət idarəsinin rəisi işləyib.
O, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasında, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin 2020-ci il dekabrın 9-da imzaladığı sərəncamla “Qarabağ” ordeni ilə təltif olunub.
Oxşar Xəbərlər:

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Mehriban Əliyevanın doğum günüdür

Müdafiə nazirinin müavini təyin edilən Şuşa fatehi – Dosye

Prezident əfv sərəncamı imzaladı – SİYAHI